Xəstəxana İdarəetmə Sistemlərinin qurulması istiqamətində ixtisaslaşmış komandamızla, işi keyfiyyətli, sürətli və professional şəkildə təşkil edərək fərq yaratmaga davam edirik.
Proqramlaşdırma sahəsində illərin təcrübəsinə sahib komandamız, xəstəxana idarəetmə sistemləri üzrə tam ixtisaslaşıb. İstəyimiz - ölkəmizdə olduğumuz sahədə dəyər yaratmaq, muştəri məmnunluğu başlıca amalımız olmaqla, millətimizə faydalı işlər görüb inkişaf etməkdir. Buna görə də işimizi maksimum dəqiq , dürüst , professional və güvənli görməyə davam edirik.
Fasiləsiz xidmətimizi ən böyük üstünlüklərimizdən saya bilərik. Bütün iş vaxtlarında peşəkar proqramlaşdırma komandamızla göstərdiyimiz xidmət, müştəri məmnunluğunun əsas göstəricilərindəndir. Olunan müraciətlərin hamısı qeydə alınır və problemin həlli istiqamətində atılan bütün addımlar rəhbərlik tərəfindən daim diqqət mərkəzində olur.
Ozü ozünü təkminləşdirən sistemimizi daim inkişaf etdiririk. Qazanılmış hər bir təcrübə sistemdə əksini tapır ki, bu da öz növbəsində müəsisələrin işinin daha təkmil, daha sürətli təşkilində əvəzsiz rol oynayır. Sistemdə mütamadi aparılan texniki və proflaktik tədbirlər iş saatlarından sonra tətbiq olunduğu üçün istifadəçilər gündəlik iş rejiminə rahat davam edə bilirlər.
Peşəkar komandamız tam tərkibdə yerli mütəxəssislərdən ibarət olduğu üçün bizə olan müraciətləriniz sizin iş qrafikinizə tam uyğun olur ki, gün ərzində etdiyiniz müraciətlər zamanında həllini tapır. Mütamadi təşkil olunan canlı ğörüşlərdə də olunan müraciətlər barədə bilgilər verilir.
Pasientin poliklinikada yol xəritəsini təşkil edir. Ambulator şəraitdə ola biləcək bütün sahələrdə avtomatlaşdırılmış həllər təmin edir. "Pasientin Xəstəlik Tarixçəsi" hərbir həkim üçün asanlıqla əlçatan olur. Öz özlüyündə Xəstə Qəbul, Sığorta, Kassa, Borc Təqib Modulu, Hesabat, Statistika kimi modulları ehtiva edir. İstifadəçilər mərkəzi səlahiyyətləndirmə prinsipi əsasında aidiyyatı bölmələrlə işləyə bilirlər.
Pasientlərin testlərinin alınıb barkodlanması, işlənilməsi(cihaz inteqrasiyası daxil), nəticələrin qeydiyyatı, nəticələrin çapı və arxivlənməsi proçesini əvvəldən sona qədər icra edə biləcək tam avtomat sistemdir. Laboratoriya şöbəsində həkim təqsdiqindən sonra, müvafiq şöbələr nəticələri çap edə bilərlər.
Pasientlər Stasionar Qeydiyyatda işlənililib sistemə daxil edilir. Palata təhvil , Reanimasya qəbul etaplarının qeydiyyatı olunur. Pasient sərfiyyatlar, sərfiyyat xərclərin avtomatik hesablanmasını təmin edir. Epiqrizi rahat və tez əldə etmə imkanı verir. Həkim təyinatı, təyinatın icrası , icra olunan dərman və sərfiyyatların anbardan silinib xərclərinin hesablanmasına şərait yaradır.
Təyin olunmuş şəxs tərəfindən , hər bir istifatəçiyə, icra edəcəyi işə muvafiq səlahiyyətin verilməsini təmin edir. Səlahiyyətlər, istənilən zamanda verilə vəya alına bilər.
Pasientlərin sürətli qeydiyyatını təmin edir. Qeydiyyatçıya pasientin daha öncə klinikada olub olmaması ilə bağlı rahat axtarış imkanı verir. Əgər pasientdə, hərhansı bir qeydiyyatçı tərəfindən, daha əvvəllər, xüsusi qeyd olunubsa, onu hal hazırda görmək və riskləri azaltmaq kimi imkan verir.
Sığortalı pasientlərin sürətli qeydiyyatını təmin edir. Bu moduld, Xəstə Qəbul Modulunda olan funksiyaları ehtiva edir. Eyni zamanda sığortalının sığorta bilgilərinin qeydiyyatını təşkil edir. Sığorta şirkələri ilə reestrlərin mübadiləsini təmin edir.
Pasientin daha öncədən müvafiq həkim üzrə randevusun təmin edir. Randevunun həkim tərəfindən görünməsinə, həkim tərəfindən imtinasına vəya dəyişdirilməsinə imkan verir
Pasientin klinikada olduğu bütün tarixlərdə aldığı xidmətlərin nəticələri. O cümlədən Laboratoriya nəticələri və diaqnostiq müayinə nəticələri.
Müvafiq həkimin pasientə verdiyi cavabları sistemə daxil edilməsini təmin edir. Əgər varsa anbardan pasientə olunan sərfiyyatın qeydiyyatı və uçotunu edir.
Sığorta bölməsinin qeydiyyata aldığı franşizalı pasientlərin və Xəstə Qəbulun qeydiyyata aldığı pasientlərin ödəniş etmələrinin təşkili. Kassa aparatlarının İnteqrasiyası mümkündür.
Kassa modulunda qismən ödəniş etmiş pasientlərin nəzarətini təmin edir.
Alınmış testlərin analizi edəndə sonra, nəticələri mərkəzləşmiş elektron sistemə yarı avtomat vəya tam avtomat daxil etmə imkanı verir. Nəticələri sistemə daxil edərkən, əvvəlki nəticələr ilə "Əvvəlki Testlər" bölməsində qarşılaşdırmaq mümkündür.
Alınmış testlərin avtomatlaşdırılmış cihazlarda analizinin nəticələrini, analizi edəndə sonra, nəticələri mərkəzləşmiş elektron sistemə tam avtomat vəya yarı avtomat daxil etmə imkanı verir. Nəticələrin sistemə tam avtomat daxil olunması cihazlarla , sistem arasında qurulmuş sistem tərəfindən icra olunur.
Laboratoriyada testin həkim tərəfindən imzalanması barədə bildirişin, müvafiq pasientə SMS vasitəsi ilə göndərilməsi
Laboratoriyada test həkim tərəfindən imzalandıqdan sonra, nəticələrin müvafiq pasientə Email vasitəsi ilə göndərilməsi
Laboratoriyada pasient ardıcıllığının monitorda əks olunması
Şüa diaqnostikaya yönləndirilmiş pasientlərin cavablarının yazılması və çap olunması
Şüa diaqnostikada olan görüntülərin arxivləşməsi və müvafiq həkimlər tərəfindən görüntülənməsinin təşkili
Klinikaya mal materialın qəbulu təmin edir. Eyni zamanda müvafiq mal materialın klinika daxili dövriyyəsi üçün istifadə olunur.
Klinika daxili mal materialın dövriyyəsi zamanı, müvafiq personallar tərəfindən Anbardara sifrişlərin verilməsi modulu.
Pasientin stasionarda hərəkətinin tibb personal tərəfindən qeydiyyatı, nəzarətini təmin edir. Əməliyyatxanada olan sərfiyyatların qeydiyyatı. Sistem tərəfindən sərfiyyat xərclərinin dinamik hesablanması.
Stasionardan çıxan xəstənin epiqriz məlumatlarının rahat və təz bir zamanda təmin edib çap olunması modulu
Reanimatoloq təyinatlarını sistemə daxil edir. Müvafiq tibb işçiləri təyinatları öz sistemlərində görə və icra edə bilərlər.
Reanimatoloqun təyinatının icrasının avtomatlaşmasını təmin edir. Planşetlərlə idarə olunan sistem, insan faktorunu aradan qaldırır və səhv etmə risklərini minimuma salır.
Klinikada bütün işlər üzrə hesabatları təmin edir. Rəhbərlik hesabatları, Həkimlər üzrə hesabatlar , Anbar hesabatları, Stasionar Hesabatlar, Sığorta hesabatları və.s
Pasient məlumatlarının mütamadi arxivləşməsini təmin edir. Lazım olduqda isə əvvəlki məlumatları sistem avtomatik arxivdən oxuyub istifadəçiyə təmin edir.
Lorem ipsum dolor sit amet consectetur adipisicing elit. Eveniet mollitia debitis voluptatibus illo porro, alias nostrum quod earum, amet corporis nesciunt, excepturi iste totam consequatur corrupti quidem temporibus ratione doloribus.
+994 51 999 30 50
+994 51 999 30 20
info@tibis.az
Sumqayıt Şəhəri